
İğdırda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyulub.
525.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, təxminən 110 milyard lirəyə (təqribən 6 milyard AZN) başa gələcək bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq imkanına malik olacaq.
Bu dəhliz Asiya, Qafqaz, Türkiyə və Avropa arasında birbaşa nəqliyyat zənciri yaradacaq.
Qeyd edək ki, bu layihə sayəsində daşımaların vaxtı və xərcləri azalacaq, ticarət dövriyyəsi və investisiyalar isə artacaq.
Bu strateji dəhlizin mühüm hissəsini təşkil edən Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə tarixi bir mərhələyə qədəm qoyulub.
Ləman İlkin



