Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azərbaycanda qeydə alınan ən uzunömürlü ağac növünün adını açıqlayıb.
İradə İbrahimova bildirib ki, Şərq Çinarı ölkənin ən uzunömürlü ağacıdır: “1600 yaşı olan “Şərq Çinarı” Cəbrayıl rayonunun Hacılı kəndində yerləşir. “Şərq Çinarı”-nın digəri Göygöl rayonunda yerləşir. Onun 1500 yaşı var. Bu ağaclar təbiət hadisələri sırasına daxildir”
Modern.az