|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında İranın dövlət başçısı Məsud Pezeşkian ilə görüşüb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, prezidentin rabitə direktoru Burhanəddin Duran da iştirak ediblər.
Ərdoğan bildirib ki, Türkiyə nüvə danışıqları prosesində İrana dəstəyini gələcəkdə də nümayiş etdirəcək.
Görüşdə, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub.
İsgəndər Həsənov



