|
|
|
|

Çexiyada ölkənin keçmiş baş naziri Andrey Babiş hücuma məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs mitinq zamanı onun başına metal əşya ilə zərbə endirib.
Hadisə Babişin rəhbərlik etdiyi ANO müxalif hərəkatının ölkənin şimal-şərqində yerləşən Dobra kəndində təşkil olunan aksiyası zamanı baş verib. Dərhal Fridek-Mistek şəhər xəstəxanasına aparılan keçmiş baş nazir rentgen müayinəsindən keçirilib. Babiş hazırda həmin xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, ANO-dan Çexiya Parlamentinin aşağı palatasına deputat seçilmiş Aleş Yuxelka Andrey Babişin başına dəmir çəliklə bir neçə zərbə endirildiyini, indi vəziyyətinin yaxşı olduğunu bildirib.
L.Tağıyeva



