|
|
|
|

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 23:09-da 4 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar 7 km dərinlikdə baş verib.
Zəlzələ zamanı hər hansı dağıntı baş verməsə də, insanlar arasında təşviş yaşanıb. Çünki bu, Sındırğı rayonunda son üç həftədə baş verən sayca beşinci zəlzələdir. Avqustun 10-da eyni ərazidə 6.1, avqustun 13-də 4.2 və 3.5, avqustun 28-də isə 4.2 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov



