|
|
|
|

Türkiyənin Şanlıurfa şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa-Qaziantep avtomobil yolunun Suruç rayonundan keçən hissəsində sərnişin avtobusu idarəetməni itirərək aşıb. Nəticədə 27 nəfər yaralanıb.
Qəza ilə əlaqədar hadisə yerinə dərhal təcili tibbi yardım, polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Vandan Hataya gedən avtobusda 43 sərnişin olub.
İsgəndər Həsənov




