|
|
|
|

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır”, - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 29-da Ermənistan Təhlükəsizlik Şurasının katibi İrana səfər edib. O, İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali
Şurasının katibi Əli Laricani ilə müzakirələr aparıb, 8 avqust Vaşinqton görüşü barədə fikir mübadiləsi aparılıb.
Pərvanə Sultanova



