|
|
|
|

Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunda baş vermiş qəza nəticəsində ölənlərin sayı artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şəhər Sovetinin Mülki Müdafiə Departamentinin direktoru Marqarita Kastro bildirib.
Onun sözlərinə görə, hadisə zamanı 15 nəfərin ölümü faktı qeydə alınmışdı. Daha 2 nəfər ağır yaralanmış şəxs səhərə yaxın xəstəxanada həyatını itirib.
Beləliklə, ölü sayı 17-ə çatıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətiləri almış 21 nəfər xəstəxanalarda həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, dünən "Qloriya" funikulyorunda kabinələrdən biri idarəetmədən çıxaraq yaşayış binasına çırpılıb.
L.Tağıyeva



