|
|
|
|

Avqustun 31-də Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı iki mini keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müvəqqəti Hökumətinin mətbuat katibinin müavini Həmdullah Fitrat məlumat verib. O bildirib ki, zəlzələdə ölənlərin sayı 2205-ə, yaralıların sayı isə 3640-a yüksəlib.
Fitrat əlavə edib ki, Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi də daxil olmaqla zəlzələdən ən çox zərər çəkmiş bölgələrində xilasetmə işləri davam edir.
İbrahim Cəfərov



