|
|
|
|

Fransada muzeydən tarixi əsərlər oğurlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq tarixi keramika məmulatlarının nümayiş olunduğu Limoj şəhərindəki Adrian Dyubuşe Milli Muzeyində baş verib.
Soyğunçular muzeydən 9,5 milyon avro dəyərində bir Çin mənşəli vaza və iki boşqab oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Fransanın mədəniyyət naziri Raşida Dati “X” platformasında hüquq-mühafizə orqanlarının soyğunçuların tezliklə tutulması üçün tədbirlər gördüyünü bildirib.
Qeyd edək ki, Adrian Dyubuşe Milli Muzeyində keramika tarixinin mühüm mərhələlərini əks etdirən 18 mindən çox əsər var.
İbrahim Cəfərov



