|
|
|
|

İsrail hərbçiləri tezliklə Qəzza şəhərində çoxmərtəbəli binalara sistemli zərbələr endirməyə başlayacaqlar.
525.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu yaxın günlərdə Qəzza şəhərində terror infrastrukturuna çevrilmiş binalara: kameralara, komanda və müşahidə məntəqələrinə, snayper və tank əleyhinə atəş mövqelərinə, idarəetmə və komanda komplekslərinə hücum edəcək”, - açıqlamada deyilir.
Hərbçilər qeyd ediblər ki, Qəzza şəhərinə genişmiqyaslı hücumdan əvvəl HƏMAS hərəkatının hərbi qanadının bölmələrinin fəaliyyəti ilə bağlı geniş kəşfiyyat məlumatları toplanıb: “Nəticədə, HƏMAS terrorçularının Qəzza şəhərindəki müxtəlif infrastruktur obyektlərində, xüsusən də hündürmərtəbəli binalarda fəallığının artdığı aşkar edilib. Radikallar hündürmərtəbəli binalara müşahidə kameraları, snayper və tank əleyhinə mövqelər, müşahidə postları yerləşdirir və bu binaların yanında İsrail əsgərlərinə qarşı pusqu qurmaq, qaçmaları üçün nəzərdə tutulan yeraltı tunellər çalışır”.
O da vurğulanıb ki, zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini minimuma endirmək üçün çoxsaylı tədbirlər həyata keçiriləcək.
Pərvanə Sultanova



