Türkiyə rəhbər qadınların sayına görə dünyada ikinci yeri tutur.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının ( ILO) “İş həyatında və idarəetmədə qadın 2014” hesabatında bildirilir.
Hesabata əsasən, dünyanın 108 ölkəsində idarəetmədə qadınlar yer tuturlar, 80 ölkədə isə rəhbər qadınların sayında xeyli irəliləyiş var.
Qeyd olunur ki, dünyanın 19 ölkəsində qadınlar heç bir halda idarəetməyə buraxılmırlar.