|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət başçısı Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən danışıb.
525.az xəbər verir ki, “ABC News” kanalının “Bu həftə” verilişində çıxış edən Ukrayna prezidenti ölkəsinin həmin görüşdə iştirak etməməsinin məyusedici olduğunu bildirib.
“Düşünürəm ki, prezident Tramp Putinə istədiyini verdi”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri Putinin onunla görüşmək istəmədiyini, lakin Trampla görüşə böyük əhəmiyyət verdiyini söyləyib: “Putin Trampla görüşməyi çox istəyirdi və o, buna nail oldu. Bu, çox kədərlidir".
Xatırladaq ki, Tramp və Putin avqustun 15-də Alyaska ştatının Ankorik şəhərində 3 saatlıq görüş keçirib. Görüşdən sonra ABŞ lideri mühüm irəliləyiş əldə etdiklərini, lakin yekun razılığa gələ bilmədiklərini açıqlayıb.
İbrahim Cəfərov



