|
|
|
|

Fransada 16 yaşlı idmançı yarışın startındaca dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Kursmon şəhərində keçirilən velosiped yürüşü zamanı baş verib.
17 yaşınadək idmançıların qatıldığı yarışın startında 16 yaşlı Noa Sartis qəfildən yıxılıb. Həkimlərin vaxtında müdaxiləsinə baxmayaraq, Noa canını tapşırıb. Onun infarkdan öldüyü bildirilir.
Qeyd edək ki, 17 yaşlıların yarışı davam etdirilsə də, bundan sonra böyüklər üçün nəzərdə tutulan digər yürüş Sartisin vəfatı ilə əlaqədar təxirə salınıb.
L.Tağıyeva



