|
|
|
|

Nepalın Baş naziri Şarma Oli ölkədə davam edən iğtişaşlar fonunda istefa verib.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İstefasından bir neçə saat əvvəl Oli etirazçıları sülhə və təmkin nümayiş etdirməyə, dialoq yolu ilə həll yollarını axtarmağa çağırıb. Məlumata görə, Baş nazirdən istefa verməyi ordu başçısı general Aşok Raj Sigdel tələb edib.
Ölkədə etiraz aksiyaları Nepal hökumətinin bir çox sosial şəbəkələri bloklamaq qərarına gəlməsindən sonra başlayıb. Məhdudiyyətlərə onlayn platformalar və YouTube, X (keçmiş Twitter), Reddit, LinkedIn, həmçinin WhatsApp, Facebook və Instagram kimi sosial şəbəkələr daxildir.
Bunun ardınca gənclər küçələrə axışıblar, kütləvi şəkildə aksiyalarda iştiraklarına görə onları “Z nəsli etirazçlları” adlandırıblar. Daha sonra hakimiyyət Qərb sosial şəbəkələrinə girişi bloklamaq qərarını ləğv edib, lakin artıq etirazçılar nazirlərin iqamətgahlarını ələ keçirməyə başlamışdılar.
Pərvanə Sultanova



