|
|
|
|

İstanbul Baş Prokurorluğu İŞİD-ə qarşı əməliyyat keçirib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı ilə əlaqəsi olan 19 şübhəli şəxs saxlanılıb. Onlardan 10-u əcnəbi vətəndaşdır.
Qeyd edək ki, əməliyyatlar İstanbulun 12 müxtəlif rayonunda keçirilib.
İsgəndər Həsənov



