|
|
|
|

Afrika qitəsində qısa zamanda insanı öldürə bilən yeni naməlum virus aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Yeni virusa ilk yoluxma halı Demokratik Konqo Respublikasında baş verib. Burada 3 azyaşlı yarasa əti yedikdən sonra xəstələniblər.
Xəstəliyin ilkin simptomları ürək bulanması və daxili qanaxmadır ki, ikinci hal qısa zamanda ölümə səbəb olur. Artıq, ayyarım ərzində 50 insan yeni virusun qurbanı olub.
Qeyd edək ki, yerli həkimlərin sözlərinə görə, yeni virus daşıyıcılarının ölmə ehtimalı olduqca böyükdür.
L.Tağıyeva



