|
|
|
|

Rusiya ordusunun Donetsk vilayətinin Yarovaya kəndinə zərbələr endirməsi nəticəsində 20-dən çox insan həlak olub.
525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşım edib. Hücum insanlara pensiyaların verilməsi zamanı həyata keçirilib.
"Rusiya aviasiyası Donetsk vilayətinin Yarovaya kəndində pensiyalar paylanan zaman mülki vətəndaşlara qəddarcasına hücum edib. İlkin məlumata görə, ölənlərin sayı 20 nəfərdən çoxdur”, - Zelenski yazıb.
Əlavə edib ki, Rusiyanın bu cür hücumları dünya tərəfindən cavabsız qalmamalıdır.
Pərvanə Sultanova



