|
|
|
|

Fransanın yeni baş nazir Sebastien Lekornu vəzifəsinə başlamağa hazırlaşarkən, hökumət əleyhinə etiraz hərəkatı ölkədə "hər şeyi bloklamaq" çağırışı ilə etiraz aksiyası keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri mümkün təxribat cəhdlərinə qarşı hazır vəziyyətə gətirilib.
Fransa prezidenti Emanuel Makron hökumətin etimad səsverməsini itirməsindən sonra keçmiş müdafiə naziri Sebastien Lekornunu Baş nazir təyin edib. Onun bu gün günorta saatlarında vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, Makron sadiqliyi ilə tanınan sağ mərkəzçi Lekornunu seçməklə ölkədə siyasi sabitliyi bərpa etməyi hədəfləyib. Bununla belə, müxalifət nümayəndələri yeni sağçı Baş nazirin təyinatına sərt reaksiya veriblər.

Makronun səkkizinci ilində dördüncü hökumətin getməsi hökumətin sabitliyi ilə bağlı ictimai müzakirələri canlandırıb.
“France 24” yeni Baş nazirin ən mühüm gündəm maddəsinin 2026-cı il milli büdcəsi ilə bağlı siyasi konsensusa nail olmaq olacağını bildirib. Lekornu bu məsələdə müxtəlif siyasi fraksiyalarla ümumi dil tapmalı olacaq.
İki ildən az müddətdə Fransada vəzifəyə gələn Beşinci baş nazir olan Lekornu büdcə danışıqları ilə ölkənin siyasi sabitliyinin kritik sınaqları ilə üzləşəcək.
Çərşənbə günü ölkədə keçirilməsi planlaşdırılan etirazlar çoxdan gözlənilən idi. “Hər şeyi bloklayaq” adı altında təşkil olunan hərəkat hökumətin qənaət siyasətinə qarşıdır. Onun çağırışları xüsusilə sosial media platformalarında sürətlə yayılır.
İbrahim Cəfərov



