|
|
|
|

“Polşa Rusiya ilə müharibə vəziyyətində deyil”.
525.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Seymdə çıxışı zamanı deyib.
Bununla belə, hökumət rəhbəri əlavə edib ki, vəziyyət əvvəlki dövrlərlə müqayisədə daha təhlükəlidir.
Baş nazir söyləyib ki, Polşanın bir düşməni var, o da şərqdədir.
Onun sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, prezident Karol Navrotskiy ilə eyni məqsəd üçün birgə işləyirlər.
Baş nazir NATO-nun 4-cü maddəsinin tətbiqi imkanlarının müzakirəsini də gündəmə gətirib.
Pərvanə Sultanova



