|
|
|
|

İsrailin hücumları və Qəzza zolağındakı blokadalar nəticəsində bölgədə faciəvi durum davam edir.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saat ərzində daha 5 fələstinli aclıqdan ölüb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla da Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bəri aclıqdan ölənlərin sayı 404-ə çatıb ki, onlardan 141-i uşaqdır.
İbrahim Cəfərov



