|
|
|
|

ABŞ prezidenti Donald Tramp Qəzzada İsrailə verdiyi dəstəyə görə Vaşinqtonda bir restoranda etirazlarla qarşılanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Vaşinqtonun daha təhlükəsiz olduğunu nümayiş etdirmək üçün axşam saatlarında şam yeməyi üçün restorana yollanıb.
Vitse-prezident Ceyms Devid Vens və bir neçə kabinet üzvünün müşayiəti ilə restorana daxil olan Tramp müharibə əleyhdarı qadınlardan ibarət “CodePink” QHT üzvlərinin etirazı ilə qarşılaşıb.
Qadınlar “Fələstinə azadlıq, Vaşinqtona azadlıq” qışqıraraq Qəzzada insanların aclıqdan ölməsinə dair şüarlar səsləndiriblər.
Etirazçılar çölə çıxarılmamışdan əvvəl “Tramp bu günün Hitleridir” şüarını da səsləndiriblər.
İbrahim Cəfərov



