|
|
|
|

Fransada prezident Emmanuel Makronun siyasətinə qarşı keçirilən etiraz aksiyalarında 200-ə yaxın adam saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Makronun sosial-iqtisadi siyasətlərinə cavab olaraq “Hər şeyi dayandıraq” şüarı ilə ölkə daxilində təşkil edilən etiraz aksiyaları davam edir.
Paytaxt Parisdəki North Gare ətrafında yüzlərlə etirazçı toplaşıb, çox sayda polis qrupları və yük maşınları da ərazidə yer alıb.
Belə ki, hadisə yerində başlayan və sosial mediada əks olunan etirazda polisə zibil qutuları və digər əşyalar atılıb.
Məhəmməd Tağıyev



