|
|
|
|

Avstraliyada koalaların nəslinin tükənməsi təhlükəsi yaradan xlamidiya epidemiyası ilə mübarizə üçün hazırlanmış ilk peyvənd təsdiqlənib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Sunshine Coast Universitetinin (UniSC) alimləri 10 ildən artıqdır üzərində işlədikləri peyvəndlə koalalar arasında ölümcül xlamidiya epidemiyasını dayandırmağı hədəfləyirlər.
Mütəxəssislər bəzi bölgələrdə yoluxma nisbətinin 70 faizə çatdığını və koalaların hər keçən gün yox olmaq təhlükəsi ilə üzləşdiyini vurğulayırlar.
Qeyd edək ki, peyvənd 10 il ərzində yüzlərlə vəhşi koalada sınaqdan keçirilib.
Məhəmməd Tağıyev



