|
|
|
|

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik Rusiya və Belarusun birgə “Zapad-2025” hərbi təliminə cavab olaraq ölkənin şərq sərhədinə təxminən 40 min hərbçi yerləşdirəcəyini bildirib.
525.az xəbər verir ki, Tomçik ölkəsinin uzun müddətdir ki, “Zapad-2025” təliminə hazırlaşdığını və ordunun 30 mindən çox üzvünün iştirakı ilə təlimlər keçirdiyini qeyd edib.
Tomçik Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozmasının “Zapad-2025” təlimi ilə bağlı olduğunu vurğulayıb.
Ləman Tağıyeva



