|
|
|
|

Fransa Polşanın hava məkanını qorumaq üçün 3 "Rafale" qırıcısı göndərəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.
O, Avropanın şərq sərhədlərinin və Polşa hava məkanının daha yaxşı qorunması üçün yaxın gələcəkdə 3 "Rafale" qırıcısının bu ölkəyə göndəriləcəyini, bununla bağlı Polşanın baş naziri Donald Tuska söz verdiyini qeyd edib.
Yeri gəlmişkən, Makron bu barədə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Kir Starmer ilə məsləhətləşdiyini də bildirib.
L.Tağıyeva



