|
|
|
|

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
525.az xəbər verirki, bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalına bildirib.
Amerika liderinin sözlərinə görə, son iki gün yarım ərzində bu işin araşdırılması üçün xeyli iş görülüb. Tramp, həmçinin qeyd edib ki, Kirki öldürməkdə günahkar olan şəxs ölüm cəzasına layiqdir:
“Ümid edirəm və inanıram ki, o, ölüm cəzası alacaq”.
Amerikalı siyasi fəal, Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
Pərvanə Sultanova



