|
|
|
|

Rusiya və Ukrayna arasında aparılan danışıqlar dayandırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bizim danışıqlar aparan tərəflərin kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var. Ancaq hələlik, yəqin ki, pauza haqqında danışmaq daha məqsədəuyğundur”, - deyə o vurğulayıb.
“Siz çəhrayı rəngli eynək taxıb danışıqların dərhal nəticə verəcəyini gözləməyə bilməzsiniz”, - Peskov əlavə edib.
İsgəndər Həsənov



