|
|
|
|

“NATO Avropanın şərq cinahının müdafiəsini gücləndirmək üçün "Şərq gözətçisi" əməliyyatına başlayır”.
525.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə Alyansın Avropadakı Müttəfiq Qüvvələrinin Baş komandanı, general Aleksus Qrinkeviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu qərar sentyabrın 10-da Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasına cavab olaraq qəbul edilib.
"Bu, ehtiyatsızlıqdır və qəbuledilməzdir. Biz Rusiya pilotsuz təyyarələrinin müttəfiqlərin hava məkanına daxil olmasına icazə verə bilmərik", - Rutte deyib.
Əlavə edib ki, bu gecə başlayacaq əməliyyat hava və quru bazaları da daxil olmaqla, bir sıra resursları əhatə edəcək. Müttəfiqlər, o cümlədən Danimarka, Fransa, Britaniya və Almaniya artıq missiyada iştirak edəcəklər, digərləri də qoşulmağı planlaşdırır.
Aleksus Qrinkeviç isə deyib ki, NATO Alyansın hər qarış ərazisini müdafiə edəcək.
Pərvanə Sultanova



