|
|
|
|

Böyük Britaniyada yerləşən, dünyanın aparıcı hərbi akademiyalarından biri olan Kral Müdafiə Araşdırmaları Kolleci israilli tələbələri qəbul etməyəcək.
525.az “The Telegraph”a istinadən xəbər verir ki, hökumət ilk dəfə olaraq yüksək rütbəli hərbçilər arasında ortaq anlayışı gücləndirmək üçün 1927-ci ildə qurulan məktəbə israilliləri qəbul etməyəcəyini açıqlayıb.
“The Telegraph”a danışan Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmisi, hərbi akademiyanın beynəlxalq humanitar hüquqa riayət olunmasını prioritet hesab etdiyini bildirib:
“Lakin İsrail hökumətinin Qəzzada hərbi əməliyyatı genişləndirmək qərarı yanlışdır. Bu müharibəni dərhal bitirmək üçün dərhal atəşkəs, əsirlərin azad edilməsi və Qəzzəyə humanitar yardımların daxil olması ilə başlayan diplomatik bir yol olmalıdır”.
İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram Britaniya hökumətinin qərarına sərt reaksiya verib. O, bu qərarı “şərəfsiz vəfasızlıq” adlandırıb. Həmçinin əlavə edib ki, bu, Britaniyanın öz təhlükəsizliyini sabotaj etmək deməkdir.
İsgəndər Həsənov



