|
|
|
|

“ABŞ və Çin TikTok tətbiqi ilə balı çərçivə razılaşması əldə ediblər”.
525.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Madriddəki danışıqlardan sonra deyib.
O qeyd edib ki, saziş platformanın mülkiyyət hüququnun Amerika strukturlarının nəzarətinə keçməsini nəzərdə tutur.
“Biz Çin nümayəndə heyəti ilə texniki detalları müzakirə etməklə çox yaxşı irəliləyiş əldə etdik”, - Bessent bildirib.
Onun sözlərinə görə, əldə edilən razılaşmalarla əlaqədar olaraq, TikTok-un gələcəyi ilə bağlı məsələnin həlli üçün son müddət uzadıla bilər.
Amerikalı nazir hesab edir ki, razılaşma ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında yüksək hörmət sayəsində mümkün olub. O, ticarət məsələləri ilə bağlı danışıqlar təxminən bir ay sonra başqa məkanda davam edəcəyini söyləyib, TikTok razılaşması üzrə müzakirələrin isə prioritet olduğunu bildirib:
"Biz sövdələşmənin kommersiya şərtlərini müzakirə etmək fikrində deyilik, bu, iki tərəfin işidir. Amma onlar artıq razılaşdırılıb".
Pərvanə Sultanova



