|
|
|
|

ABŞ prezidenti Donald Tramp gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.
525.az AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O qeyd edib ki, Tramp Kiyev və Moskva arasında sülh sazişinin imzalanmasına vasitəçilik etməyə ümidlidir.
İsraildə jurnalistlərə açıqlama verən Rubio bununla bağlı deyib: “Trampla Putin arasında çoxsaylı telefon danışığı olub. Eləcə də, o, Zelenski ilə bir neçə dəfə danışıb. Yəqin ki, gələn həftə Nyu-Yorkda Tramp Zelenski ilə yenidən görüşəcək”.
Liderlərin Nyu-Yorkda BMT Baş Assambleyası üçün görüşəcəyi gözlənilir.
İbrahim Cəfərov



