|
|
|
|

İsrail ordusunun Qəzza zolağına hücumu nəticəsində daha üç fələstinli jurnalist həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada ölən media işçilərinin sayı 251-ə çatıb.
Son hücumda “Şihab” Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Kuveyfi, “Əl-Manara Media”nın operatoru Ayman Haniyə və Fələstin Xəbər Şəbəkəsinin müxbiri İman Zamili həlak olub.
Məhəmməd Kuveyfi Qəzzanın Nəsr məhəlləsində İsrailin bombardmanı nəticəsində həlak olub. Lakin digər iki jurnalistin hansı hücum nəticəsində həlak olduğu ilə bağlı məlumat verilməyib.
İsgəndər Həsənov



