|
|
|
|

“Ukrayna prezidenti Vladimir Zelenski müharibəyə son qoyulması üçün Rusiya ilə razılaşmaya getməli olacaq”.
525.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp jurnalistlərə deyib.
O əlavə edib ki, Zelenski və Putin bir-birinə nifrət edirlər:
“Belə görünür ki, mən onlarla bir otaqda oturmalı olacağam, çünki onlar bir otaqda birlikdə otura bilməzlər. Orada böyük nifrət var".
Amerika lideri bildirib ki, Avropa Rusiyadan neft almağı dayandırmalıdır. O, həmçinin Putinlə Alyaskadakı görüşdə çox şey əldə etdiyini söyləyib.
Pərvanə Sultanova



