|
|
|
|

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Episentri Kokopo şəhərindən təxminən 206 kilometr aralıda olan zəlzələ 78 kilometr dərinlikdə baş verib.
Hələlik təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, Papua Yeni Qine dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin ən çox baş verdiyi ərazilərdən biri olan Sakit Okean “Od Halqası” üzərində yerləşir.
İbrahim Cəfərov



