|
|
|
|

Çində "Xpeng" markalı 2 uçan avtomobil havada toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çançun şəhərində keçirilən aviaşou zamanı yaşanıb.
Qəzadan sonra yerə düşən avtomobillərdən biri alışıb.
Qeyd edək ki, hadisənin səbəbləri yerli hüquq-mühafizə orqanları və istehsalçı şirkət tərəfindən araşdırılır.
L.Tağıyeva



