|
|
|
|

ABŞ-nin İllinoys ştatının Bervin şəhərində orta məktəb yaxınlığında silahlı insident yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Polisdən verilən açıqlamaya görə, saat 16:05 radələrində şübhəli şəxs Linkoln Orta Məktəbinin qarşısında uzun lüləli tüfənglə olduğu avtomobildən başqa bir avtomobilə atəş açıb. O, daha sonra polislərə də atəş açsa da, qarşı tərəf cavab verməyib.
Daha sonra hadisə yerinə gələn əlavə polis əməkdaşları şübhəlinin maşınına yaxınlaşaraq onun intihar etdiyini görüblər. Şübhəlinin atəş açdığı avtomobildə isə iki nəfərin meyiti tapılıb.
Hüquq-mühafizə orqanları insidentin məişət münaqişəsi zəminində baş verdiyini və araşdırmaların davam etdiyini açıqlayıblar.
İsgəndər Həsənov



