|
|
|
|

Pakistanda bir neçə aydır davam edən musson yağışları daşqınlara səbəb olur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Milli Fəlakət İdarəetmə İdarəsi (NDMA) ölkədə iyunun 26-dan bəri baş verən daşqınlarla bağlı açıqlama yayıb.
Açıqlamaya görə, daşqınlarda 274-ü uşaq, 163-ü qadın olmaqla 1002 nəfər həlak olub, 1000-dən çox insan isə yaralanıb.
Pakistan Meteorologiya Departamenti bəyan edib ki, builki musson yağışlarının daşqın və daşqınlara səbəb ola biləcəyi barədə erkən xəbərdarlıqlar edilməsinə baxmayaraq, yerli idarələr bu xəbərdarlıqlara lazımi səviyyədə fikir verməyib.
Səlahiyyətlilər qeyd edib ki, hazırkı daşqınlar 2022-ci ildə baş verən və 1700-dən çox insanın həyatına son qoyan, ölkənin üçdə birini su altında saxlayan və 32 milyard dollar ziyana səbəb olan fəlakətdən sonra ən böyük fəlakətdir.
İsgəndər Həsənov



