
Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsindən qalma bomba tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Berlin polisi şəhərin Şpre çayında 3 metr dərinlikdə İkinci Dünya müharibəsindən qalma bombanın tapıldığını açıqlayıb.
Dərhal bölgədə yaşayan təxminən 10 min insanın təhlükəsizlik səbəbi ilə evlərindən təxliyə edildiyi bildirilib.
Təxliyyədən sonra aparılan yoxlama nəticəsində partlamamış bombanın təhlükəli olmadığı müəyyən edilib. Bildirilib ki, bomba çaydan çıxarılaraq kənar ərazidə məhv ediləcək.
İbrahim Cəfərov



