
Ötən həftə Nepalda baş verən kütləvi ixtisarlar zamanı həbsxanalardan qaçmış 5-dən çox dustaq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq həbs olunublar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həbsxanaların İdarəsi Departamentinin direktoru Çomendra Neupan mətbuata açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, ixtişaşlara qədər ölkə üzrə 29212 məhbusdan 13591-i saxlandıqları yerləri tərk edib. Onlardan 5495-i artıq yenidən həbs olunub. 8800-dən çoxu isə hələ azadlıqdadır.
Qeyd edək ki, ixtişaşlar zamanı yetkinlik yaşına çatmamış 964 nəfər də uşaq və gənc də saxlanma yerlərini özbaşına tərk edib. Onlardan 244-ü aşkarlanaraq olmalı olduqları yerlərə qaytarılıb.
L.Tağıyeva



