
Malta bu gün Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin Dövlətini rəsmi olaraq tanıdığını elan etməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Maltanın Baş nazirinin ofisi məlumat yayıb.
“Fələstin Dövlətinin tanınması tarixi hadisədir və Malta regionda sülhün əldə olunmasına sadiq qalır”, - hökumət rəhbəri Robert Abela bəyan edib.
Qeyd olunub ki, Baş nazir ilk dəfə may ayında Fələstin Dövlətini tanıdığını elan edib.
Pərvanə Sultanova



