
“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan və Ermənistanın üzvlüyünü ləngitmir, onların qoşulması konsensus tələb edir”.
525.az xəbər verir ki, bunu TASS-a müsahibəsində ŞƏT-in keçmiş baş katibi (2016-2018) Rəşid Alimov deyib.
"Yeni üzv dövlətlərin qəbulu proseduru aydın şəkildə müəyyən edilib və dəfələrlə zamanın sınağından çıxıb. Üzvlüklə bağlı qərar konsensus əsasında qəbul edilir”, - o bildirib.
Əlavə edib ki, ŞƏT-in bütün tarixində heç bir müraciət rədd edilməyib. Hər biri fərdi olaraq diqqətlə nəzərdən keçirilir:
“Kənardan görünə bilər ki, proses uzanır. Amma belə deyil”.
Pərvanə Sultanova



