
Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep-Şanlıurfa yolunun Nizip hissəsində mikroavtobus ön təkərin partlaması nəticəsində sürücü idarəetməni itirib. Nəticədə miktoavtobus yol kənarına aşıb. Qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
İbrahim Cəfərov



