
ABŞ prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski arasında BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski ilə görüşü zamanı Tramp ABŞ-ın Ukraynaya dəstəyini növbəti dəfə ifadə edib və Avropa ölkələrinin Rusiyadan neft və təbii qaz almamalı olduğunu bildirib.
Tramp BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında ABŞ-ın Ukraynanın mübarizəsinə böyük hörmətlə yanaşdığını deyib.
“NATO ölkələri onların hava məkanına daxil olan Rusiya təyyarələrini vurmalıdırmı?” sualına cavabında ABŞ prezidenti deyib: “Bəli, mən belə hesab edirəm”.
D.Tramp Rusiya Prezidenti Vladimir Putinlə nə vaxt görüşəcəyi ilə bağlı suala isə “Bir ay ərzində bu barədə sizə məlumat verəcəyəm” deyib.
Tramp həmçinin bildirib ki, hazırda ən böyük irəliləyiş Rusiya iqtisadiyyatının çox pis vəziyyətdə olmasıdır.
İsgəndər Həsənov



