
İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda son 24 saatda 38 fələstinli həyatını itirib.
525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 38 nəfər ölüb, 190 nəfər yaralanıb.
Bununla da, İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 12 823 nəfər ölüb, 54 944 nəfər yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 65 382, yaralıların sayı isə 166 985 nəfərə çatıb.
İbrahim Cəfərov



