|
|
|
|

Kaliforniyada haqsız yerə 38 il həbsdə olan şəxsə 25 milyon dollar təzminat ödənilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Moris Hastinqs 1983-cü ildə başından güllə yarası alan Roberta Uaydermyerə qarşı cinsi təcavüz və qətlə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.
2022-ci ildə DNT testləri onun günahsız olduğunu sübut etdikdən sonra Moris sərbəst buraxılıb.
Hastinqs 2000-ci ildə DNT testi tələb etsə də, prokurorluq bu tələbi rədd etmişdi. 2021-ci ildə isə yenidən müraciət etmiş və test nümunələrin ona aid olmadığını müəyyən olunmuşdu.
Belə ki, 2023-cü ildə məhkəmə Hastinqsin günahsız olduğuna qərar verdi. Avqust ayında isə razılaşma əldə edildi və o, 25 milyon dollar təzminat ödənildi.
L.Tağıyeva



