|
|
|
|

Paris məhkəməsi Fransanın keçmiş prezidenti (2007-2012) Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya hökuməti tərəfindən maliyyələşdirməsi ilə bağlı cinayət işində təqsirli bilib.
525.az xəbər verir ki, bu barədə yerli media məhkəmənin qərarına istinadən məlumat yayıb.
Məlumata görə, Sarkozi Liviya Müəmmər Qəddafidən seçki kampaniyasını maliyyələşdirmək üçün 50 milyon avroya qədər pul alıb.
Eyni zamanda, sabiq prezidentin işindən dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamları çıxarılıb.
Məhkəmə hələ hökm çıxarmayıb. İttiham tərəfi 7 il həbs cəzası, 300 min avro məbləğində cərimə və seçkiyə namizəd olmaq üçün 5 il müddətinə qadağa tələb edib.
Pərvanə Sultanova



