|
|
|
|

Polşa NATO və Avropa İttifaqının razılığı olmadan Ukrayna üzərində Rusiyanın pilotsuz aparatlarını vurmaq hüququ verən qanun layihəsi hazırlayır.
525.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.
Qeyd olunub ki, Polşa xaricdə hərbi yerləşdirmə ilə bağlı qanuna dəyişiklik etməyi planlaşdırır.
Layihəyə əsasən, Polşa qüvvələri NATO və Aİ-nin əvvəlcədən razılığı olmadan Ukrayna üzərində Rusiya obyektlərini, o cümlədən pilotsuz təyyarələri vura biləcək.
Müdafiə Nazirliyinin hələ iyun ayında təqdim etdiyi layihənin tezliklə qəbulu gözlənilir.
Pərvanə Sultanova



