Heç magistral yolun tən ortasında 5 mərtəbəli ev görmüsüz?! Qəribə insanlar və hadisələr ölkəsi olan Çində artıq bu da baş verdi. Yarı sökülü köhnə yaşayış binasında Lo Baoqen və onun həyat yoldaşı yaşayır. Binanın yolun ortasında olmasının onun incəsənət abidəsi olması və ya inşaatçıların abstrakt təxəyyülü ilə heç bir əlaqəsi yoxdur.
Məsələ ondan ibarətdir ki, Çində qüvvəyə minmiş yeni qanuna görə, tikinti işləri zamanı hər hansı bir obyekt və ya daşınmaz əmlak işə mane olursa, yalnız mülkiyyətçilərin razılığı onları sökmək olar. Tikilinin və ya evin sökülməsi üçün kompensasiya, mülkiyyətçini qane etməzsə, o öz mülkində israrlı şəkildə qala bilər.
Syaçjanyan kəndində yaşayan qoca cütlük də beləcə, yol tikintisinin aparılmasına baxmayaraq evlərini tərk etməkdən imtina edib və geniş yolda belə maraqlı mənzərə yaranıb.
anspress