
ABŞ-ın 46-cı vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
525.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Dik Çeyni pnevmoniya və ürək-damar xəstəliklərindən qaynaqlanan ağırlaşma səbəbindən dünyasını dəyişib.
O, 1989-1993-cü illərdə ata Corc Buşun prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışıb. 1991-ci ildə onun rəhbərliyi ilə "Səhra fırtınası" əməliyyatı keçirilib.
2001-2009-cu illərdə oğul Corc Buşun dövründə isə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışıb. 2003-cü ildə İraqa edilən müdaxilənin qatı tərəfdarı kimi çıxış edib.
D.Çeyni İraqın kütləvi qırğın silahları hazırlamaq planlarına və İraq lideri Səddam Hüseynin Əl-Qaidə ilə əlaqələrinə əmin idi. O, ABŞ tarixində ən nüfuzlu vitse-prezidentlərdən biri idi.
Pərvanə Sultanova



